Bu gün:

Niyə telefonda "alo" deyirik?


Demək olar ki, hər gün telefonla digər şəxsə “alo” deyib zəng edirik. Həyatımız boyu milyonlarla dəfə söylədiyimiz bu söz əslində nə deməkdir? Telefonun ixtiraçısı Graham Bell eyni zamanda telefonun götürülməsi elanı olan 'ALO'nun ixtiraçısıdır.

Onun tam adı Allessandra Lolita Osvaldodur. Bu sevimli gənc qız telefonu icad edən A.Graham Bellin sevgilisi idi. Graham Bell telefonu icad edərkən ilk xətti sevgilisinin evinə qoyub. Onun atelyesində telefon zəngi çalanda Graham Bell bilirdi ki, zəng edən şəxs Allessandra Lolita Osvaldodan başqası ola bilməz, ona görə də telefona cavab verən kimi “Allessandra Lolita Osvaldo” deyib.

Zaman keçdikcə Bell sevgilisinə adını qısaltmaqla müraciət etməyə başlayıb və hər telefona cavab verəndə onu "Ale Lolos" deyə salamlayıb. Tədqiqatları irəlilədikcə, Graham Bell sevgilisinin adını daha da qısaltdı və qarşısında iki hecalı bir ad tapdı. Bu qısa ad "Alo" idi. Allessandra Lolita Osvaldo inkişaf etdirməyə çalışdığı telefondan başqa heç nə düşünməyən və bütün şəhərə yayılan sevgilisinin sonsuz eksperimentlərindən narahat olanda Graham Belli telefonu ilə tək qoyub ondan ayrılıb.

Qoca Bell bir gün sevgilisinin ona zəng vuracağına ümid edərək telefonu heç vaxt tərk etməyib. Hər dəfə telefona zəng edəndə sevgilisinin ona zəng etdiyini düşünərək telefonuna “Alo” deyərək cavab verib, indi hamı “Alo” deyir. 

O günlərdə demək olar ki, hamı Aleksandr Graham Bellin xatirəsinə ehtiram olaraq telefona cavab verəndə “Alo” deməyə başlayıblar. Bu gün hamımızın işlətdiyi “Alo” sözü o günlərə gedib çıxır.

Mənbə: sozcu.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et