Bu gün:

Öldürücü təsirə malik kimyəvi maddələr


Qətl silahları dedektiv seriallarda və filmlərdə danışılan gərgin əhvalatların əvəzsiz elementidir. Qatilin əlində iti bıçaq və ya tapança qurbanın həyatına son qoyan qətl alətlərindən biri ola bilər. Bəzən bunların heç biri olmur.7 sentyabr 1978-ci ildə BBC World xidmətində çalışan Markov işə getmək üçün avtomobilini park etdi. Avtobusunu gözləyərkən qəfil ayağında kəskin ağrı hiss edib. Dönəndə çətirini səkidə qoyub qaçan bir adam gördü. Bu adam çətirdə gizlənmiş və iynə ucu boyda metal topla Markovu nişan almışdı. Markov evə qayıdanda özünü pis hiss etməyə başladı. Biləyinə dəyən mərmərin təsiri artıq görünməyə başlamışdı.

Londonda yaşayan biri kimi Corciya Markov Bolqarıstan məxfi xidməti tərəfindən sui-qəsd cəhdinə məruz qalıb. Sui-qəsd çətirdə gizlədilmiş tüfəng növü ilə həyata keçirilib. Corciya Markov bu sui-qəsd nəticəsində həlak olub. Araşdırmada Markovun bədənindəki öldürücü topun diametrindən tutmuş, lazım olan öldürücü doza qədər bir çox detal müəyyən edilib. Bu araşdırmalar nəticəsində ölümcül zəhərin risin olduğu müəyyən edilib.

Markovun ölüm səbəbi zəhərli maddə olan risin olub. Ricin, gənəgərçək yağı (Ricinus communis) bitkisindən əldə edilən iki uzun zəncirdən, A və B-dən ibarət zülal molekuludur.

Onun kimyəvi formulu C8H8N2O2-dir. A və B zəncirləri bir-birinə disulfid körpüsü ilə bağlanır. Bir şəxs risinə məruz qaldıqda, zəncirlər həmin şəxsin hüceyrə membranına çatır. B zənciri hüceyrə membranında karbohidratların tanınması ilə birləşir və beləliklə, A zəncirinin hüceyrəyə daxil olmasını təmin edir. Hüceyrənin canlılığının davamlı olması üçün zəruri olan ribosoma gedir və həmin bölgəni bloklayır. Ribosom hüceyrə üçün çox vacibdir, çünki fermentlər burada istehsal olunur. Buna görə də risin molekulu hüceyrəyə çatdıqda hüceyrə fermentsiz qalır və ölür.

Risinə məruz qalan şəxsin immun sistemi və risinə məruz qalma yolu (inhalyasiya, oral və inyeksiya) öldürücü dozanı və dozanın təsirini dəyişir. Bu zəhər inhalyasiya, inyeksiya və ya udma yolu ilə bədənə daxil olduqda, hüceyrə fermentlərini bloklayır və ölümcül təsir göstərir. Risin zəhərinə məruz qaldıqda təcili tibbi yardım tələb olunur.

Mənbə: bilimup.com

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et