Bu gün:

Kərgədan buynuzu nədən hazırlanır?


Kərgədan buynuzları keratin adlı lifli zülaldan ibarətdir, insan dırnaqları və saçlarında olan eyni maddə. Keratin tüklərdə, pəncələrdə və dırnaqlarda da olur.

 Kərgədan buynuzu başına yapışmayıb, həyatı boyu uzanmağa davam edən sıxılmış saç kütləsidir. Buynuzun mərkəzində əyri və iti ucunu izah edən iki mineral yataq var. Kalsium buynuzları gücləndirir və melanin nüvəni ultrabənövşəyi günəş şüalarından qoruyur. Keratinin tərkibi heyvanın pəhrizindən və coğrafi yerindən asılıdır. Buynuz nümunələri insan barmaq izlərinə bənzəyir. Hüquq-mühafizə orqanları qeyri-qanuni ov sahələrini tapmaq üçün bu nümunələrdən istifadə edir.

Mənbə: 411answers.com 

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et