Bu gün:

Doğum günlərində niyə tort kəsirik?


Biz həmişə tort sözünü indiki mənası ilə işlədirik. Əslində, onun tarixi inkişafında “tort” adlandırmaq daha düzgün olardı. Ad günü tortunun məlum tarixi Yunan sivilizasiyalarına gedib çıxır. Orta əsrlərdə Almaniyada bir bayram olaraq ortaya çıxdı. 13-cü əsrdə Almaniyada uşaqlara göstərilən diqqət bəlkə də indikindən daha çox idi. Ad günləri bayram kimi qeyd olunurdu.

Ad günü şənliyi səhər, sübh çağı, gün çıxanda başlayarmış. Yanan şamlarla bəzədilmiş tort evə gətiriləndə uşağı oyadıblar, tortun üzərindəki şamlar yemək vaxtı gələnə qədər daim dəyişdirilib, onların daim yanıqlı qalması təmin edilib. Yeməyin əvvəlində uşaq şamları üfürür və ziyafət başlayırdı. Tortun üzərindəki şamların sayı uşağın yaşından bir ədəd çox idi. Bu əlavə şam həyatın işığını simvollaşdırdı. Bundan əlavə, uşağa çoxlu hədiyyələr gətirilib, həmin gün istədiyi və sevdiyi yeməklər hazırlanıb.

Bu gün hər yaşdan olan insanların qeyd etdiyi ad günləri və tortlar o dövrlərin ənənəsinin davamıdır. Ad günü tortunun üzərindəki şamları bir nəfəsdə üfürmək, eyni zamanda arzu etmək, arzunun gerçəkləşib-keçmədiyini heç kimə deməmək adəti də o günlərdən qalıb.

Mənbə: lsvdukkan.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et