2015-ci ildə Oskar mükafatı almış "Inside Out" filminin davamı, 2024-cü ildə dünyada bir milyard dolları keçən ilk film olan "Inside Out 2" nümayişindən bir ay sonra yeni rekord qırdı.

Disney və Pixar tərəfindən imzalanan bu cizgi film iyunun 14-də nümayiş olunub.
Məşhur animasiya studiyası Pixar-ın ən çox qazanan və 2024-cü ilin ən çox gəlir gətirən filmi kimi uğurlar əldə edən bu animasyon filmi bu dəfə yeni uğura imza atıb.
Film "Frozen 2"-ni geridə qoyaraq bütün zamanların ən çox gəlir əldə edən cizgi filmi oldu.
Hazırda yeniyetmə olan və daha da çılğın, fərdiləşdirilmiş emosiyalarla qarşılaşmalı olan Riley-nın macəralarından bəhs edən film indiyədək dünya üzrə 1,462 milyard dollar qazanc əldə edib.
Beləliklə, hələ də kinoteatrlarda olan "Inside Out 2" 2019-cu ildə "Frozen II" filminin 1,453 milyard dollar gəlirini ötüb.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
