Bu gün:

Şahzadə Uilyam və Kate Middleton uşaqlarını qorumaq üçün böyük addımlar atırlar


Şahzadə Uilyam və Kate Middleton kiçik uşaqları Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luini qoruduqlarına əmin olmaq istəyirlər.

Kral adət-ənənələrində kral ailəsinin yüksək səviyyəli üzvlərinin təcrübəli valideyn olması qeyri-adi haldır. Lakin BBC-nin keçmiş kral müxbiri Cennie Bond cütlüyü uşaqları üçün şüurlu qərar verdiklərinə görə tərifləyib.

Bond OK Jurnalına dedi: "Onlar nə Çarlz və Diana, nə də mərhum Kraliça və Şahzadə Filipin olmadığı şəkildə təcrübəli valideynlərdir". "Başlanğıcdan bəri, kənardan minimum köməklə özləri uşaqlarının qayğısına qalırdılar".

Bond həmçinin bildirib ki, Uilyam və Kate “qeyri-adi və aydın bir qərar” veriblər, çünki “öz taleyini geri qaytara bilməzsən, ancaq həyatı saraylarda və qalalarda verilən tərbiyədən daha çox  bir ailə işi edə bilərsiniz”.

Kral eksperti həmçinin qeyd edib ki, Keytin ailəsinin təsiri də bu məsələdə əsas rol oynayıb. O vurğuladı ki, "xoşbəxt, adi bir cütlüyün nənə və baba kimi olmasının normallaşdırıcı təsirinə" yüngül yanaşmaq olmaz.

Keytin valideynləri, Carole və Michael Middleton, adi mənşədən gələn və uşaqlar üçün təməl təmin etdiklərinə görə geniş ailə birliyinin "tərkib hissəsidir".

Şahzadə Corc taxtda ikinci sıradadır, bu arada Şahzadə Şarlotta və Şahzadə Luinin yüksək vəzifəli kral rollarına sahib olacağı gözlənilir.

Mənbə: thenew.com.pk

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et