Bu gün:

Bənövşəyi soğanın faydaları nələrdir?


Bənövşəyi soğan yetişdirilməsi ən asan qidalardandır. Olduqca faydalı olduğu da məlumdur. Bənövşəyi soğanın faydaları həm xam istehlakda, həm də suda özünü göstərir. Bu gün ən çox istifadə edilən tərəvəzlərdən biri olan bənövşəyi soğan antioksidant anbarı kimi tanınır. Bu tərəvəz birdən çox xəstəliyə şəfadır. Kök soğanın faydaları kimi bənövşəyi soğan da faydaları ilə seçilir. Bənövşəyi soğan bir çox sahələrdə faydalı olan qida mənbəyidir. Bəyənən və bəyənməyənlər olsa da, bu yeməyi qəbul etmək faydalıdır. Sağlamlığınızı qorumaq və immunitet sisteminizi gücləndirmək üçün bənövşəyi soğandan istifadə edə bilərsiniz. 


Bənövşəyi soğanın faydalarını aşağıdakı kimi sıralamaq olar:


 Boğaz iltihabına yaxşı gəlir


 Səsi gözəlləşdirdiyi bilinir


 Qan təzyiqini tənzimləməyə kömək edir


 Tərkibində 20-dən çox növ antioksidan var


Bağırsaqlarda faydalı bakteriyaların sayını artırarkən zərərli bakteriyaları məhv edir


 Həzmi dəstəkləyir


 Probiyotiklərin mənbəyidir


 İnsulin istehsalını dəstəkləyir


 Diabet xəstələri üçün faydalıdır


 Sümük sağlamlığını dəstəkləyir


 Osteoporozdan qorunma təmin edir


 Menopoz zamanı sakitləşdirici təsir göstərir


 Omba sınığı riskini azaldır


 Allergik problemi olan insanlar üçün faydalıdır


 Qanı təmizləyir


 Qanın laxtalanmasının qarşısını alır 


 İnsanı infeksiyalardan qoruyur


 Dərinin və dırnaqların sağlamlığını qoruyur


 Saç üçün faydalıdır


 Antiseptik xüsusiyyətlərə malikdir


Mövcud şişlərin böyüməsinin və yayılmasının qarşısını alır


Bənövşəyi soğanın saçlara faydası da məlumdur. Bir çox faydaların yanında saça tətbiq edilməsinin saç tökülməsi kimi problemlərə də yaxşı olduğu müşahidə edilmişdir. Saçlara sürtmək üçün bənövşəyi soğanın suyundan istifadə etmək lazımdır. Su isindikdən sonra soğan suyunu qaynadıb saçın köklərinə sürtməklə saç tökülməsi problemlərinin qarşısını almaq mümkündür. Eyni zamanda, bənövşəyi soğanın suyu saçların daha canlı və sağlam görünməsinə kömək edir. Saçların yuyulmasına baxmayaraq, saç tellərində tez-tez bəzi kirlər toplanır. Saçınızı soğan suyu ilə yumaq saçda yığılan kirdən qurtulmanıza imkan verir.İnsan yaşlandıqca saçlar ağarmağa başlayır. Saçlarınıza mütəmadi olaraq bənövşəyi soğan şirəsi çəkmək saçların ağarmasını gecikdirir. Bənövşəyi soğan suyunu saça çəkmək də saçların daha sürətli uzanmasına kömək edir.  Bundan əlavə, saç köklərindəki tıxanmaları aradan qaldırır və yeni saçların çıxmasına şərait yaradır. Saç baxım rutininizə bənövşəyi soğan suyu əlavə edərək saçlarınızın daha gözəl görünməsini təmin edə bilərsiniz.Bənövşəyi soğan həddindən artıq istehlakdan ötəri mədə problemlərinə səbəb ola bilər. Bəzi insanların soğana qarşı allergiyası olma ehtimalı da var. Soğan allergiyası olan insanların bütün növ soğanlara qarşı allergik reaksiyası ola bilər. Bu səbəbdən soğan alerjisi olanlar bənövşəyi soğanı istehlak etməməlidir. O, həmçinin bəzi xəstəliklərin yaranmasının qarşısını almağa kömək edir.


Mənbə:medical park


Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et