Bu gün:

Şokoladı necə ağ etmək olar?


Xoşbəxtlik hormonu olan serotoninin ifrazında mühüm rolu olan şokolad, ümumiyyətlə, qara şokolad, südlü şokolad və ağ şokolad kimi təsnif edilir.

Bəs, xammalı qara kakao olan bu qida necə ağ ola bilər?

Gündəlik həyatımızda mühüm yeri olan şokolad kakao ağacının toxumlarının emal edilməsi ilə əldə edilir. Eramızdan əvvələ aid olan bu yemək ümumiyyətlə qara, südlü və ağ şokolad kimi təsnif edilir. Ancaq bu təsnifat hər qida alimi tərəfindən təsdiqlənmir. Qara və ya tünd qəhvəyi deyə biləcəyimiz kakao hissəcikləri şokoladın rəngini verən əsas xammaldır. Bu səbəbdən bəzi alimlər ağ şokoladı şokolad hesab etmirlər.

Bəs ağ şokolad yedikdə bizə eyni həzzi necə verə bilər?

Tünd şokolad kakao ucları (kütləvi), kakao yağı, şəkər və dadlandırıcılardan ibarət olduğu halda, südlü şokolad da bu qarışığa süd və vanil əlavə edilir. Amma bu məzmun ağ şokoladda bir qədər fərqlidir.

Ağ şokoladın tərkibində kakao hissəcikləri yoxdur. Tərkibində yalnız kakao yağı, şəkər, süd və bəzi dadlandırıcılar var. Bu səbəbdən onun rəngi kakao rəngdə deyil, tərkibində kakao yağı olduğu üçün yenə də bizə eyni həzzi verə bilir.

Ağ şokoladın şokolad olub olmadığı bilinmir, lakin bu mövzu ilə maraqlanan bir çox elm adamı əsl şokoladın tünd şokolad olduğunu deyir. Çünki tünd şokoladın tərkibində yüksək kakao var və tərkibindəki fenolik komponentlər sağlamlığı dəstəkləyir. Şokolad seçməkdə qərarsızsınızsa sağlamlığınız üçün ilk seçiminiz tünd şokolad, son seçiminiz isə ağ şokolad olmalıdır.


Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et