Müğənni Billie Eilish, Oliver Jeffers'in "This Moose Belongs to Me" kitabını seçərək CBeebies-in yatmazdan əvvəl hekayəsini oxuyan ən sonuncu ulduzur.
Bu yaxınlarda üçüncü studiya albomu olan "Hit Me Hard and Soft"u buraxan 22 yaşlı amerikalı sənətçi uşaq ikən yatmazdan əvvəl nağılları sevdiyini söyləyib.
Eilish hekayəsini belə təqdim edir:
O, Marsel adlı böyük bir siçanın sahibi olduğunu söyləyən Wilfred adlı gənc oğlanın nağılını danışır.
Hekayə haqqında danışan müğənni deyib:
"Uşaqlıqda dünyada ən çox sevdiyim şey yatmazdan əvvəl hekayə idi və onu dinləməsəydim kədərlənərdim."
Jeffers: "Eilishin kitabımı bu həftənin sonunda oxuyacağını eşidəndə çox həyəcanlandım" deyə bildirib.
BBC Three-nin The Catch Up proqramında danışarkən, o, deyib: "Bu kitab müəyyən mənada təbiətlə münasibətimizdən bəhs edir və Billie bunun çempionudur."
Eilish Ocean Eyes-i təqdim edəndə cəmi 14 yaşı vardı. O vaxtdan bəri, o, dünya miqyasında məşhurlaşıb və bu yolda bir çox mükafatlar qazanıb.
Yatmazdan əvvəl CBeebies-in hekayəsini oxuyan digər musiqi ulduzları arasında Sir Elton Con, Ed Sheeran, Harry Styles, Zeyn Malik, Gregory Porter, Dolly Parton və Christine var.
Mənbə: BBC.com
Tərcümə etdi: Fatimə Əsədzadə
