Otların böyümə sürəti ot növlərinə, hava şəraiti və torpaq növü kimi xarici amillərə görə dəyişir, lakin otların əksəriyyəti hər ay orta hesabla 2-6 düym böyüyür. Otlar, ümumiyyətlə, iki əsas kateqoriyaya bölünür: İsti mövsüm otları və sərin mövsüm otları. Soyuq mövsüm otları adətən ilin sərin aylarında böyüməyə başlayır və yaz, yay aylarında böyümə sürətini yavaşladır, isti mövsüm otları isə yazda ortaya çıxır və isti yay aylarında ən yüksək səviyyəyə çatır.

Otlar hər ay orta hesabla 2-6 düym böyüyərkən suyun, qida maddələrinin və hətta həşəratların, otlayan heyvanların mövcudluğundan və ya olmamasından asılı olaraq böyümə sürətlərində dəyişiklik var. Coğrafi yerləşmə də böyümə sürətlərinə və nümunələrinə təsir göstərir və qida ilə zəngin torpaqlarda yaşayan hər iki növün otları adətən aşağı keyfiyyətli torpaqlarda əkilmiş otlardan daha sürətli böyüyür.
Otlar, bir çox bitki növləri kimi, müxtəlif nisbətlərdə böyüyə bilən yarpaqlar, gövdələr və köklər kimi müxtəlif hissələrdən ibarətdir. Ot tumurcuqlarının çoxu yazda 65 ilə 75 dərəcə Fahrenheit arasında olan mülayim iqlimlərdə cücərir. Adekvat rütubət və ideal temperatur səbəbiylə otlar yaz boyu böyüməyə davam edir, sonra temperaturun 75 dərəcə Fahrenheit-i keçdiyi və havada daha az nəm olduğu yay aylarında böyümə sürəti yavaşlayır.
Mənbə: 411answers.com
Tərcümə etdi: Günay Ələskərova
