
Kastamonuda meşəlik ərazidə baş verən yanğın nəzarətə götürülüb. Komandalar Karabükdəki yanğına qurudan və havadan müdaxiləni davam etdirir.
Kastamonun Alpaqut kəndində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Alovlar fərq edildikdən sonra xəbər üzərinə hadisə yerinə Kastamonu Meşə Əməliyyat Müdirliyi qrupları və yanğınsöndürmə vertolyotu sövq edilib.
Təxminən 4 saatlıq işdən sonra yanğın nəzarət altına alınıb. Komandalar meşəlik ərazidə söndürmə işlərini davam etdirir.
Karabükdə yanğın
Saat 15.15 radələrində Karabükün Zopran kəndində yanğın baş verib. Meşədən yüksələn tüstünü fərq edən Meşə Əməliyyat Müdirliyi qrupları və su maşınları bölgəyə sövq edildi.
Yanğına qurudan 8 vasitəçi, 4 su tankeri və 65 şəxsi heyət, 2-si Jandarma Baş Komandanlığına aid 3 helikopter də havadan dəstək verir.
Mənbə: trthaber.com
Tərcümə etdi: Səmayə Qədirova
