Bu gün:

Kainatın sonu çatdıqda nə baş verəcək?


Siz və mənim kimi zamanın keçidi də yaşlandıqca dəyişir, yalnız bu halda kainatın qocalmasından danışırıq. Keçmişdən gələcəyə doğru uzanan “zamanın oxu”nun Böyük Partlayış anında meydana gəldiyi ümumiyyətlə qəbul edilir.

Kainatın başlanğıcında onun entropiyası çox kiçik idi. Lakin qalaktikalar yarandıqca, zamanın istiqamətini təyin edən kimi entropiya artmağa başladı. Buna görə təzə yumurtanı qırmaq və içindəkiləri qarışdırmaq çətin deyil, ancaq qabığı fraqmentlərdən geri toplamaq və ağ və sarı qarışığını ayırmaq demək olar ki, mümkün deyil.


Kainatın tarixinin necə bitəcəyi bilinmir, lakin fərziyyələrdən birində deyilir ki, maddənin entropiyası maksimum həddə çatdıqda (maddə tamamilə qarışdıqda, yəni hər hansı nizam aradan qalxdığı zaman) zaman oxu öz mənasını və istiqamətini itirəcək.


Bənzətməmizə davam edərək deyə bilərik ki, o vaxta qədər kainatdakı bütün yumurtalar artıq qırılmış olacaq və bundan artıq heç nə olmayacaq.


Mənbə: bbc.com

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et