Bu gün:

Qohumluq əlaqəsi olmadan əkiz olmaq mümkündür?


Cell Reports jurnalında dərc edilən yeni araşdırma, bir-birinə bənzəyən insanların oxşar DNT-yə sahib olduğunu müəyyən etdi. Tədqiqatçılar 32 oxşar cütün baş şəkillərini çəkərək oxşarlığın obyektiv ölçüsünü müəyyən etmək üçün üç fərqli üz tanıma alqoritmindən istifadə ediblər.

 

Bundan əlavə, DNT nümunələri götürülən iştirakçılardan hərtərəfli həyat tərzi anketini doldurmaları istəndi. Ümumilikdə, nəticələr bu şəxslərin oxşar genotipləri paylaşdığını, lakin onların DNT metilasiya nümunələri və mikrobiom modellərinin fərqli olduğunu ortaya qoydu. Genetik analiz nəticəsində oxşar şəxslərin DNT ardıcıllığında oxşarlığın olduğu müəyyən edilib. Bundan əlavə, bu cütlərin oxşarlığının təkcə üz cizgiləri ilə məhdudlaşmadığı, digər fiziki xüsusiyyətlərinə də təsir etdiyi, hətta ortaq davranışlar göstərdiyi müəyyən edilib.

Cinayət yerindən toplanan naməlum DNT nümunələri ilə uyğun gələn üzləri müəyyən etmək üçün istifadə edilə bilən bu araşdırmada; Üzün görünüşünü və formasını təhlil etməyin genetik xəstəliklərin diaqnozu üçün əsas ola biləcəyi düşünülür. İnsanın “oxşayanların” fotokopiyası kimi görünməsi incəsənətdə və populyar mədəniyyətdə diqqət mərkəzində olub, lakin elmi baxımdan bu məsələyə toxunulmayıb. Mövzunu elmi nöqteyi-nəzərdən qiymətləndirən ilk araşdırma olan bu araşdırma gələcək tədqiqatlara böyük töhfələr verəcək.

Mənbə: bilimup.com

Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et