
NASA James Webb Kosmik Teleskopundan istifadə edərək, təxminən Atlantik okeanı böyüklüyündə su okeanına malik ola biləcək super dünya kəşf etdi.
NASA-nın Ceyms Webb Kosmik Teleskopu, həyat üçün ehtimal olunan LHS 1140 b adlı Super-Yer kürəsini kəşf edərək, yaşayış üçün potensial planetlərin axtarışında mühüm addım atdı. Okeanla birlikdə planet Yerdən 48 işıq ili uzaqda, Cetus (Balina) bürcündə yerləşir.
Monreal Universitetinin doktorantı Çarlz Kadiyenin rəhbərlik etdiyi tədqiqat qrupu LHS 1140 b-nin indiyə qədər məlum olan mülayim ekzoplanetlər arasında ən perspektivli namizəd olduğunu bildirir.
Bu planet Günəş sistemindən kənar bir planetin səthində maye suyun olduğunu dolayı yolla təsdiqləmək üçün ən yaxşı namizəddir.
LHS 1140 b Günəşin beşdə biri böyüklüyündə olan qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Planet öz ulduzunun "yaşayış zonası" adlanan zonasında yerləşir. Bu o deməkdir ki, nə suyun buxarlanması üçün kifayət qədər isti, nə də dondurulacaq qədər soyuqdur. JWST-nin məlumatları göstərir ki, planetin kütləsinin 10%-dən 20%-ə qədəri maye su ola bilər. Tədqiqatçılar planetin qartopu kimi görünə biləcəyini, ulduza baxan tərəfində diametri təxminən 4000 km olan okeanın olduğunu təxmin edirlər. Bu okeanın səthinin temperaturunun təxminən 20°C olduğu düşünülür.
Komanda həmçinin vurğulayır ki, planet haqqında daha çox məlumat əldə etmək üçün Ceyms Webb Kosmik Teleskopu ilə daha çox müşahidələr aparılmalıdır ki, bu da potensial yaşayış üçün yararlı ekzoplanetlərin axtarışında mühüm dönüş nöqtəsidir.
Mənbə: arkeofili
Tərcümə etdi: Aytac Musayeva
