Bu gün:

Marsda hansı bitki yaşaya bilər?


Alimlər hesab edirlər ki, Syntrichia caninervis cinsindən olan yosunlar Marsa uyğunlaşa bilər. Bəşəriyyətin uzunmüddətli hədəflərinə Marsda bitki yetişdirmək və qırmızı planeti insan həyatı üçün uyğunlaşdırmaq daxildir. Çin alimləri Marsa bənzər şərtlərə tab gətirə bilən Syntrichia caninervis cinsindən olan yosunların Marsda yaşaya biləcəyini düşünürlər.

Syntricia caninervis yosun növləri Antarktida və Mojave səhrası kimi bölgələrdə yaşaya bilər. Bu mamırın xüsusiyyəti yüksək radiasiya və həddindən artıq soyuq kimi Marsa bənzər şəraitə tab gətirə bilməsidir. Araşdırma nəticələrinə görə, bu yosunlar -196 dərəcədə belə yaşaya bilir. Komanda əvvəlcə Syntrichia caninervis bitkilərini 5 il ərzində -80 dərəcədə saxladı. Daha sonra bitkiləri 30 gün -196 dərəcədə saxlayıblar. Bitkilərin həll olunduqda ilkin vəziyyətinə qayıtdığı müşahidə edilmişdir. Əvvəlcədən qurudulmuş bitkilər daha tez orijinal vəziyyətinə qayıdırlar. 

Yerin səthi bir vaxtlar həyat üçün olduqca əlverişsiz idi. Bu, mamırlarda və qara ciyərlərdə rast gəlinən briofit adlanan orqanizmlər qrupuna mane olmadı. Beləliklə, Yerdəki həyat okeanlardan yaranaraq quruya yayıldı. 

Quruda həyatın sələfi olan bu strukturların müvəffəqiyyəti onların qayadan sızan və ya axan qida maddələrindən istifadə etmək və həzm etmək qabiliyyətindən, həmçinin digər canlıları toza çevirə biləcək son dərəcə düşmən şəraitdə yaşamaq qabiliyyətindən asılı idi. Bu bitkilər yayıldıqca, onlar torpaqlar yaratdılar və bu da öz növbəsində digər, daha az davamlı növlərin tədricən torpaq üzərində yayılmasına imkan verdi. 

Mənbə: webtekno.com

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et