Asqırmaq gündəlik həyatımızın bir hissəsidir. Xəstə olanda, allergiyamız olanda və ya burnumuza bir şey ilişdikdə, insanlar kimi ortaq bir şeyimiz var: Asqırmaq. İnsanlıq olaraq deyirik, bəs heyvanlar?

Böcəklər, quşlar, balıqlar... Onlar da bizim kimi asqırırlar? Pişik və ya itlə yaşayanlar bu sualın cavabını bildiklərini düşünsələr də, maraqlı məqamlar var. Asqırmaq; Yuxarı burun keçidindəki maddələrə cavab olaraq tənəffüs yollarından maddələrin təmizlənməsi üsulu, burun və ağızdan ağciyərlərdən qeyri-iradi olaraq havanın üfürülməsidir. İstənilən tıxanma, kəskin qoxular, allergiya, infeksiya, kiçik parazitlər, ani temperatur düşmələri heyvanların da asqırmasına səbəb ola bilər. Məsələn, pişiklər tez-tez pişik qripi səbəbiylə asqırırlar. İtlər hətta oyun kimi asqıra bilər. Həyəcanlı və oynamağa hazır olduqlarını belə göstərə bilərlər. Ancaq digər heyvanlar üçün istisnalar var. Şirlər, ayılar, sürünənlər, quşlar, fillər, pandalar, dovşanlar, siçanlar, atlar və ağlınıza gələn bir çox heyvan asqırır. Bundan öncə qeyd etdiyimiz kimi, asqırmanın baş verməsi üçün ağciyərlərdən havanın çıxarılması lazımdır.
Mənbə: webtekno.com
Tərcümə etdi: Fatimə Şükürova
