Müxtəlif növ heyvanların yetişdirilməsinin bir çox səbəbləri var. Xüsusilə sosial mediada müxtəlif növ heyvanların bir-birinin balalarına qulluq etməsini əks etdirən video və ya fotoşəkillərə rast gələ bilərik.
Alloparenting, fərdin birbaşa öz övladı olmayan nəsillərə göstərdiyi hər hansı valideyn qayğısını təsnif etmək üçün istifadə edilən termin yüzlərlə müxtəlif növdə baş verə bilər.
Onların bunu etmələrinin arxasında bir neçə səbəb ola bilər. Məsələn, onların fizioloji cəhətdən ana olmağa hazır olmaları səbəblərdən biri sayıla bilər. Bunu belə izah edə bilərik: Pişiyin pişik balaları ölsə də, o, fizioloji olaraq anadır. Hormonları da buna uyğun ifraz olunur, döşləri südlə doludur. Bu süddən başqa heyvan növləri üçün də istifadə edə bilər. Bəli, bir çox heyvanlar balalarını sevirlər, lakin bizim kimi onları seçici şəkildə ayırd edə bilmirlər. Məsələn, bəzi quşların digər quş növlərinin balalarını yetişdirdiyini görmək olar.
Bundan əlavə, qrup halında yaşayan ictimai heyvanlar, icmalarının davamı üçün bir-birlərinə dəstək olmaq üçün bir-birlərinin nəsillərinə qulluq edə bilərlər. Bu heyvanlar arasında primatları və filləri saya bilərik.
Bu kimi bütün səbəblər müxtəlif növ heyvanların bir-birinin övladlarını övladlığa götürməsinə və valideyn himayəsinə keçməsinə səbəb olur.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
