Bu gün:

İnsan bədənindəki ən böyük sümük hansıdır?


İnsan bədənindəki ən böyük sümük hansıdır?
 
 İnsan bədənində ən böyük və ən uzun sümük bud sümüyüdür və ayağın yuxarı hissəsində yerləşir. Bud sümüyü bir ucunda dizə bağlanır, digər ucunda isə omba yuvasına oturur.



 Femur üç hissədən ibarətdir: baş, bədən və aşağı ətraf. Bud sümüyünün uzunluğu insanın ümumi boyunun 26 faizini təşkil edir, buna görə də bud sümüyünün insan bədənindəki ən güclü sümük olması təəccüblü deyil. 40-dan çox əzələ və bağlar fəaliyyət göstərmək üçün bud sümüyünə bağlanır. 

Mənbə: 411answers.com 


Tərcümə etdi : Günay Ələskərova

Paylaş
Şərh əlavə et