Bu gün:

İnsan bədəninin ən təmiz hissəsi hansıdır?



İnsan bədəninin ən təmiz hissəsi özünü təmizləmə qabiliyyətinə görə göz sayılır. Göz qapağı təmiz və nəmli qalması üçün dəqiqədə bir neçə dəfə açıb bağlanır.


Göz həm də gözyaşı istehsalı ilə özünü qoruyur. Göz yaşları gözdəki lakrimal vəzdən ifraz olunur və kir, mikrob və ya toz kimi digər yad hissəcikləri çıxarmağa kömək edir. Lakrimal vəz gözün xarici küncündə yerləşir.

Göz qapaqları yaxşı refleks nəzarətinə malikdir və gözün zədələnməsinin qarşısını alır. Göz zəif işıqdan parlaq işığa məruz qaldıqda və ya bir cisim gözə yaxınlaşdıqda qapaqların avtomatik bağlanması gözün refleks nəzarətinə misal ola bilər. Kirpiklər kirdən qoruyaraq gözləri təmiz saxlamağa kömək edir.

Gözdə işığı qəbul etməyə imkan verən, insanların görməsini təmin edən bir çox hissə var. Gözün daxili səthindəki zərif toxuma retina kimi tanınır. Retinada rəngi aşkar etməyə kömək edən konus hüceyrələr və aşağı işıq kontrastlarını aşkar etməyə kömək edən çubuq hüceyrələri var. İris də gözün rəngli hissəsidir və insan gözünün qəhvəyi, mavi, yaşıl və ya fındıq rəngli olmasını təmin edir.


Mənbə: 411answers.com 
Tərcümə etdi : Günay Ələskərova

Paylaş
Şərh əlavə et