Bu gün:

Vulkanlar ətraf mühitə necə təsir edir?


Püskürən vulkan dünyanın hava və iqlimində dərin dəyişikliklərə səbəb ola biləcək qazlar və toz hissəcikləri buraxır. Vulkanizm həmçinin turşu yağışları istehsal edərək və okean suyunu istiləşdirərək ətraf mühitə təsir göstərir.

Böyük vulkan püskürmələri nəticəsində stratosferə atılan kükürd dioksidi su ilə qarışaraq sulfat turşusunu əmələ gətirir. Əgər turşu damcıları kifayət qədər böyükdürsə, istiliyin Yer atmosferindən çıxmasının qarşısını alır. Bu, istixana effektinin elementi olan yüksək temperatura səbəb olur.

Vulkanik fəaliyyət nəticəsində buraxılan karbon qazı istixana qazıdır. İstixana qazları bütün dünyada ekstremal hava və temperaturun artmasına səbəb olur. Nəticələrə sağlamlıq problemləri, məhsul çatışmazlığı və heyvanlar və bitkilər üçün yaşayış yerlərinin itirilməsi daxildir.

Püskürmələr Sakit Okeanın səthindəki suyu qızdıraraq, bəzi yerlərdə leysan yağışı və ya güclü qar yağması, bəzi yerlərdə isə quraqlıq gətirən hava nümunəsi olan El Nino effektini işə sala bilər. Su mənbələrini çirkləndirən turşu yağışları vulkanizmin ətraf mühitə başqa bir təsiridir.

Püskürmələr küləklər tərəfindən səpələnmiş sulfat turşusu damcılarından ibarət “voq” adlı vulkanik duman yaradaraq havanın keyfiyyətini pisləşdirə bilər.

Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et