Bu gün:

Beyin xərçəngi xəstəsinin kəllə fosilində Misir təbabətinin izləri var


4000 ildən çox yaşı olan bir kəllə üzərindəki qayçı kəsikləri, qədim sivilizasiyalarda insanların bu gün də mübarizə apardığımız problem olan beyin xərçəngini müalicə etməyə çalışdıqlarının göstəricisidir!

İspaniyanın Santiago de Compostela Universitetinin paleopatoloqu Edqard Kamarosun rəhbərlik etdiyi elm adamları Misirlinin təxminən 4600 illik kəllə sümüyünü araşdırarkən kəllədə beyin xərçəngi və onun müalicəsinin izlərini aşkar ediblər.

Dr. Camaros və tədqiqatın digər müəllifləri, Almaniyanın Tübingen Universitetindən Tatyana Tondini və İspaniyanın Saqrat Kor Universiteti Xəstəxanasından Alber İsidro mikroskopdan istifadə edərək, kəllə sümüyünün yanlarında əvvəlki tədqiqatçıların əlaqələndirdiyi onlarla zədəni əhatə edən kəsik izləri tapdılar. Bu kəşf, 29 may 2024-cü ildə Frontiers in Medicine jurnalında Qədim Misirlilərin cərrahi prosedurlardan istifadə edərək beyin xərçəngi üzərində işlədiklərini irəli sürən bir araşdırmada dərc edilib. Əgər müşahidə edilən kəsiklər insan sağ ikən edilirdisə, qədim həkimlər bu insanı müalicə etməyə, belə cəhd etmişdilər.

Bu yeni kəşf təkcə Misir təbabətinə dair elmi biliklərimizi genişləndirmir, həm də bəşəriyyətin xərçəngi müalicə etmək üçün sənədləşdirilmiş cəhdlərini təxminən 1000 il geriyə itələyir.

Yəqin ki, onlar xərçəngi yaxşı başa düşməsələr də, Misirdə tibb qədim dünyanın qalan hissəsi ilə müqayisədə inkişaf etmişdi. Təxminən 3600 il əvvəl yazılmış "Edwin Smith Papirus" kimi tanınan Misir əlyazmasında bəzi tədqiqatçıların xərçəng xəstəliyi olduğunu düşündüyünə dair məlumatlar var idi. Bu yazıda problemin “müalicəsi olmayan ciddi xəstəlik” olduğu qeyd edilib.

Dr. Camarosun komandası araşdırmalarında 2600 yaşlı kəllə sümüyünün travmatik zədələnməsindən sonra uğurlu müalicəyə dair sübutlar tapdıqlarını da bildirdi.

Tədqiqatçılar kəllə sümüyündə cərrahi əməliyyatların çapıqlarının xəstənin ölümündən əvvəl və ya sonra yarandığını müəyyən etməyin mümkün olmadığını deyirlər. Bir çox xərçəng sümüklərə təsir etmədən yumşaq toxumalarda meydana gəlir. Bu, elm adamları üçün problem yaradır, çünki fosil qeydlərində çox vaxt yalnız sümüklər olur.

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et