
Tip 1 Supernova ölməkdə olan yüksək kütləli ulduzun ömrünün sonunda baş verir. Kütləsi Günəşin kütləsindən ən azı 5 dəfə böyük olan ulduzun partlaması nəticəsində əmələ gəlir.
Yüksək kütləli ulduzlar öz nüvələrində və ya mərkəzlərində böyük miqdarda nüvə yanacağını yandırırlar. Bu nüvə reaksiyaları nəticəsində tonlarla enerji istehsal edilir və mərkəzləri daha da qızır. İstilik təzyiq yaradır. Bundan əlavə, ulduzun nüvə yanması nəticəsində əldə etdiyi təzyiq ulduzun içəriyə doğru çökməsinə mane olur.
Ulduz iki əks qüvvə tərəfindən tarazlanır. Ulduzun cazibə qüvvəsi onu mümkün qədər kiçik sıxılmış top halına gətirmək üçün onu içəriyə sıxmağa çalışır. Ulduzun nüvəsində nüvə yanacağının yanması güclü xarici təzyiq yaradır. Bu xarici itələmə təzyiqi, daxili cazibə qüvvəsinə müqavimət göstərir.
Yüksək kütləli ulduzun yanacağı bitdikdə o, soyumağa başlayır. Bu təzyiqin aşağı düşməsinə səbəb olur. Cazibə qüvvəsi hakim olduqda, ulduz qəfildən içəriyə çökməyə başlayır. Təsəvvür edin ki, kütləsi Yerdən milyon dəfə böyük olan cism 15 saniyə ərzində içəriyə çökür. Bu çökmə o qədər tez baş verir ki, partlayan ulduzun xarici hissələri böyük bir şok dalğası yaradır və çox vaxt son dərəcə sıx nüvə, dumanlıq adlanan genişlənən isti qaz buludunu geridə qoyur. Fövqəlnovada partlayan ulduzun kütləsi Günəşin kütləsindən 10 dəfə böyükdürsə, o, geridə kainatın ən sıx maddəsi olan qara dəlik qoyur.
Tip 2 Supernova iki ulduzun bir-birinin orbitində fırlandığı sistemlərdə baş verə bilər və bu ulduzlardan ən azı biri Yer ölçüsündə ağ cırtdandır. Ağ cırtdan, Günəşimizin ölçüsündə bir ulduzun yanacağı bitdikdən sonra qalan formadır.
Əgər ağ cırtdan digər cism ilə toqquşarsa və ya yaxınlıqdakı ulduzdan çoxlu material çəkərsə, partlaya bilər.
Supernovalar nə qədər yayğındır?
Astronomların fikrincə, hər əsrdə öz qalaktikamız olan Süd Yolu kimi qalaktikalarda təxminən 2 və ya 3 supernova partlayışı baş verir. Kainatda çoxlu qalaktikalar olduğu üçün astronomlar hər il qalaktikamızdan kənarda bir neçə yüz supernovanı müşahidə edə bilir. Kosmosdakı toz bizim qalaktikamız olan Süd Yolunda bir çox fövqəlnova partlayışlarını müşahidə etməyimizə mane olur.
Mənbə: tua.gov.tr
Tərcümə etdi: Aytac Musayeva
