Bu gün:

Nyu-Yorkun mərkəzindəki bu boş göydələn ildə milyonlarla dolları necə qazanır?


Daşınmaz əmlak yalnız kirayəçiləri ilə pul qazanır? Hekayəsini bir azdan izah edəcəyimiz və boş olmasına baxmayaraq, milyonlar qazandıran köhnə Lehman Brothers binası bu mövzuya baxışınızı dəyişə bilər. 1847-ci ildə əsası qoyulan Lehman Brothers 2008-ci ilin maliyyə böhranında çökənə qədər dünyanın aparıcı investisiya banklarından biri idi.

Hələlik maliyyə böhranı ilə bağlı onlar haqqında xoşagəlməz iddialara girməyək, amma görünür, onlar investisiya biznesini başa düşürlər və Nyu-Yorkun Tayms Meydanındakı boş binadan milyonlar qazana biliblər. Məzmunumuza mövzu olan binanın adı One Times Meydanıdır. Amerikaya səfər etmisinizsə və ya filmlərə baxmısınızsa, onu mütləq görmüsünüz.

Nyu-Yorkun ürəyi olan Tayms Meydanı daimi axın edən insan və nəqliyyat vasitələri ilə yanaşı, parlaq reklam lövhələri ilə də tanınır.

Tayms Meydanının bu gün simvollaşmasına səbəb olan addımlardan biri 1995-ci ildə Lehman Brothers tərəfindən One Times Square adlı binanın alınması ilə atıldı .Ancaq investisiyalarının dəyərini artırmaq üçün qurum binanın icarəyə verilməsinin çox əziyyətli olduğuna qərar verir və alternativ həll yolları axtarırlar.

Binanın icarəyə verilməsinin həm vaxt, həm də pul baxımından çox baha başa gələn proses olacağını nəzərə alan rəhbərlik binanı boş qoyub nəhəng reklam lövhəsinə çevirməyə qərar verir .

Bu biznes o qədər gəlirlidir ki, hətta reklam lövhələri belə reklam brendi tərəfindən quraşdırılır və nəticədə binanın 25 mərtəbəli reklam lövhəsinə çevrilməsi onlara cəmi 2 il ərzində 300%-dən çox qazanc əldə etməyə imkan verir .

İş o yerə çatdı ki, Lehman Brothers sonradan binanı böyük gəlirlə 110 milyon dollara Jamestown Properties-ə satdı. O vaxtdan bəri bina Nyu-Yorkun ikonik binalarından biri olmağa davam edir.


Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et