Bu gün:

Son 25 ilin ən böyük zəlzələsini yaşayan Tayvan


Bu yaxınlarda Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ hər kəsi qorxudub. Bütün dünyada danışılan bu hadisədən başqa, hələ də təəccüblənəcək bir şey var: Tayvan belə bir zəlzələyə necə hazır idi? Bu, Tayvanı vuran ilk zəlzələ deyildi və yəqin ki, sonuncu da olmayacaq. Bölgədə ən yadda qalan 2018-ci ildə baş vermiş 6,4 bal gücündə zəlzələ olub.

Xüsusilə, bu zəlzələdən alınan dərslər Tayvana 2024-cü ildə baş vermiş bu böyük fəlakətə tab gətirməyə kömək etdi. Bəs onlar bu qədər fərqli nə etdilər? Əvvəla, hamıya məlum olmalıdır ki, ölkədə zəlzələ riski olan ərazilərdə yaşayan vətəndaşlarının müdafiəsi və fəlakət hallarına operativ reaksiya verilməsi üçün hərtərəfli hazırlıq və əlaqələndirmə şəbəkəsi mövcuddur. 2018-ci ildə baş vermiş 6,4 bal gücündə zəlzələdən sonra hakimiyyət orqanları dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında koordinasiyanı gücləndirdi. Bundan əlavə, zəlzələ riski olan bölgələrdə yaşayan insanlar yalnız zəlzələnin gəlməsini gözləmədilər. Bu məsələ ilə bağlı mümkün qədər zəlzələ haqqında  maariflənməyə diqqət yetirdilər.

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et