1949-cu ildə Tayvan möhtəşəm bir əhali partlayışı yaşadı. Cəmi üç il ərzində adanın əhalisi 2 milyondan çox artıb. Lakin Tayvanın hazırkı iqtisadi uğurunun sirləri daha mürəkkəb və daha dərindir.1949-cu ildə Tayvan tarixi bir əhali partlayışı yaşadı. Üç il ərzində əhalinin sayı 25% artdı ki , bu da qeyri-adi artımı, o cümlədən 600.000 əsgəri təmsil edir.

Bəs necə oldu ki, bu kiçik ada dövləti yoxsulluğun və müharibənin pəncəsindən xilas oldu və bugünkü iqtisadi nəhənglərdən birinə çevrildi? İkinci Dünya müharibəsi illərində Yaponiya İmperiyasının nəzarəti altında olan Tayvan müharibədən sonra Çinə qaytarıldı. Amma yenidənqurma əvəzinə onun resurslarından vətəndaş müharibəsində istifadə olundu.
1950-ci ildə Tayvan adambaşına düşən ÜDM baxımından Haiti, Madaqaskar və Konqodan daha kasıb idi. Yeni Tayvan dollarının yaradılması və ABŞ-ın iqtisadi yardımı sayəsində hökumət kənd təsərrüfatının özünü təmin etməsi üçün geniş torpaq islahatları həyata keçirdi .
İslahatlar 16 il ərzində fermerlərin gəlirlərini üç dəfə artırdı və kənd təsərrüfatı məhsullarının dəyərini iki dəfə artırdı.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
