Bu gün:

Yanmış qidalardan uzaq durmalıyıqmı?


Yandırılmış çörəyi yeməmək inancı qədim dövrlərə gedib çıxsa da, bunu uzaqgörən yanaşma kimi qiymətləndirmək olar.

2002-ci ildə Stokholm Universitetinin alimləri müəyyən ediblər ki, bəzi qidalara, o cümlədən çörək, kartof, peçenye, taxıl və qəhvəyə 120 dərəcədən yuxarı istilik tətbiq edildikdə, akrilamid adlı maddə əmələ gəlir və bu qidaların tərkibindəki şəkər aminlə reaksiya verir. Bu asparagin turşusu.

Maillard reaksiyası adlanan bu proses qidaların qaralmasına və onlara fərqli bir dad verilməsinə səbəb olur. Elm adamları heyvanlar üzərində aparılan laboratoriya təcrübələrində akrilamidin insan qidalarından daha yüksək dozada kanserogen olduğunu aşkar ediblər. Avropa Qida Təhlükəsizliyi Təşkilatına görə, akrilamid insanlarda, xüsusən də uşaqlarda xərçəng riskini artıra bilər.

Lakin onun insanlara təsirini araşdıran tədqiqatçılar hələ dəqiq bir nəticəyə gəlməyiblər. Livanın Beyrut Ərəb Universitetinin tibb laboratoriyası elmləri üzrə dosenti Fatimə Saleh deyib: "Təxminən 30 ildir ki, "ehtimal insan kanserogeni" kimi təsnif olunduqdan sonra, onun insanlarda qəti kanserogenliyi ilə bağlı məlumatlar hələ də tutarlı deyil. Onu təsnif etmək üçün kifayət qədər məlumatımız ola bilər".

Bununla belə, akrilamidin insanlar üçün neyrotoksik olduğu, yəni sinir sisteminə təsir etdiyi dəqiqdir. Bunun səbəbi hələ də tam başa düşülməsə də, akrilamidin sinir hüceyrələrində struktur zülallara hücum etdiyi və ya sinir hüceyrələrini qoruyan antiinflamatuar sistemləri bloklaya biləcəyinə dair nəzəriyyələr var.

Mənbə: BBC.com

Tərcümə edən: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et