Azan oxunan kimi itlər hürməyə, ulamaya başlayırlar, bu davranış adətən səhər azanı zamanı olur. Bu, ictimaiyyət arasında müxtəlif inanclara aid edilsə də, əslində itlərin ulamasının sadə elmi səbəbi var. Qeyd edək ki, itlər xüsusi olaraq sırf azan üçün ulamazlar. Onlar kilsə zənglərinə, təcili yardım sirenlərinə və bir çox başqa yüksək, müntəzəm səslərə cavab verirlər. Onların azan səsinə reaksiya verməsini tez-tez gördüyümüz üçün belə bir təsəvvür yaranıb.
Onlar dini bir sədaya uladıqları üçün bu vəziyyətin xalq arasında müxtəlif mənaları olduğu görünür. Ancaq elm adamlarının bu mövzudakı araşdırmaları araşdırıldığında bu vəziyyətin meydana gəlməsinin bir çox təbii səbəbləri olduğu görülür. Çünki çox sakit olanda birdən-birə yüksələn səs itləri əsəbiləşdirir və onların cavab vermək ehtiyacını ortaya qoyur, bu da onların bir ağızdan ulamalarına səbəb olur.
İtlər bizim eşitmədiyimiz yüksək səsləri də eşidə bilirlər. Həssaslıqları bizimkindən qat-qat inkişaf etmiş bu canlılar səsgücləndiricilərin dəstəklədiyi azan, təcili yardım maşınları və sirenlərlə kifayət qədər narahat ola bilir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova