Sümük başlı köpəkbalığı "çəkicbaş" fəsiləsinə (Sphyrnidae) aid olan bir növdür. Əksər köpəkbalığı kimi, yuxarı hissəsi boz və ya qəhvəyi, alt tərəfi isə ağdır. Orta hesabla 80-90 sm ətrafında olsalar da, növün ən böyük fərdlərinin 150 sm-ə qədər böyüyə bildiyi müşahidə edilmişdir. Bu tip köpəkbalığı geniş, hamar, avar kimi başı ilə xarakterizə olunur.

Sümük başlı köpəkbalığı baş morfologiyasında cinsi dimorfizm göstərən yeganə tanınmış köpəkbalığı növüdür. Yetkin qadınların başı geniş yuvarlaqlaşdırılmışdır, kişilərdə isə sefalofagusun ön kənarı boyunca görkəmli çıxıntı var. Bu çıxıntı kişi fərdlərdə cinsi yetkinliyin başlanğıcında özünü göstərir və qığırdaqların uzanması deməkdir.
Əksər balıqlarda döş üzgəcləri və ya gövdənin hər iki tərəfində yerləşən əsas üzgəclər addımı (bədənin yuxarı və aşağı şaquli hərəkəti), yaw (yandan o yana üfüqi hərəkət) və yuvarlanmasını idarə edir. Bununla belə, çəkic başlı köpəkbalıqlarının əksəriyyəti sefalofillərindən istifadə edərək əyilə, yuvarlana bilməz. Buna görə də, hərəkətliliklərinin çox hissəsi üçün sefalofillərin və böyük döş üzgəclərinin birləşməsinə etibar etməlidirlər. Əks halda, üzə bilmədiklərindən oksigeni qəlpələrinə çatdıra bilməyəcək və boğularaq öləcəklər.
Sümük başı digər çəkic başlı əmiuşağılarından fərqlənir ki, bədəninə nisbətən əmiuşağından daha böyük döş üzgəcləri var. Buna görə də, hərəkət etmək üçün üzgəclərini aktiv şəkildə istifadə edən yeganə çəkic başı növüdür.
Mənbə: evrimagaciofficial.com
Tərcümə etdi: Günay Məmmədova
