Bu gün:

Əncir cənnətin meyvəsi kimi tanınır


Türkiyənin ənənəvi ixracat sektorlarından olan quru meyvə sektorunda 2024-cü ilin ilk yarısında miqdar baxımından ixrac 227 min tondan 200 min tona enərkən, valyuta gəlirləri isə yüzdə 15 artaraq 722 milyon dollardan 829 milyon dollara yüksəldi.

2023-cü ilin ilk yarısında orta hesabla 3 min 184 dollar olan quru meyvənin tonunun ixrac qiyməti 2024-cü ilin birinci yarısında 30 faiz artaraq 4 min 128 dollar olub. Türkiyə Ümumdünya Səhiyyə Təşkilatının sağlam qidalar siyahısına daxil edilən toxumsuz kişmiş, quru ərik və əncir kimi quru meyvələrin istehsalı və ixracında dünya lideridir. Ege İxracatçılar Birliyi Təbii Məhsullar və Davamlılıq Koordinatoru və Ege Quru Meyvə və Məhsullar İxracatçıları Birliyi Başçısı Mehmet Ali Işık, Respublikanın ikinci əsrinə uğurlu bir giriş etdiklərini və ikinci əsrdə də uğur xəttini davam etdirməyi hədəflədiklərini ifadə etdi. 2024-cü ilin yarısı üçün təyin etdikləri 1,8 milyard dollarlıq ixracat hədəfinə çatdılar.

Dünyanın ən keyfiyyətli əncirlərinin yetişdirildiyi Aydının əhəmiyyətli ixrac məhsulu olan quru əncir, ixracatda dünya lideri mövqeyini qorumağa davam edir. Cənnətin meyvəsi olaraq da bilinən quru əncirin ixracı insanların hər gün gülümsəməsinə səbəb olsa da, 2024-cü ilin ilk yarısında ixracat rəqəmləri nəzərəçarpacaq artım qeydə alıb. Qurudulmuş əncir qidalandırıcı bir meyvədir və bir çox sağlamlıq faydası təqdim edir. Qurudulmuş əncirin bəzi mühüm faydaları bunlardır:

Yüksək Kalium və Lif mənbəyi

Həzm sistemini tənzimləyir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Qurudulmuş əncir antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə aparırlar. Kalium ürək sağlamlığı üçün vacibdir və qurudulmuş əncirin tərkibində bu mineral boldur. Onlar kalsium və maqnezium kimi mineralları ehtiva etdikləri üçün sümük sağlamlığını dəstəkləyirlər. Tərkibindəki təbii yüksək şəkər sayəsində sürətli enerji mənbəyidir.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et