Bu gün:

Elmi araşdırma: Beyin gender ayrı-seçkiliyindən təsirlənir


Bir araşdırmaya görə, uşaqlarda cinsi ayrı-seçkilik beynin bəzi hissələrini nazikləşdirə bilər.

Dünyanın müxtəlif ölkələrindən nevroloqlar, psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri də daxil olmaqla elm adamları uşaqlıqda cinsiyyətlərinə görə fərqli münasibət və davranışlara məruz qalan qadınların beyninə cinsi ayrı-seçkiliyin mümkün təsirlərini araşdırıblar.

Araşdırmada, 29 ölkədən MRT (Maqnit Rezonans) olan 7 min 876 adamın sağlamlıq məlumatları araşdırıldı. Məlumatları təhlil edilən insanların sosial vəziyyəti və akademik mənşəyi nəzərə alındı. Tədqiqatda öz ölkələri ilə bağlı qadınlar arasında gender ayrı-seçkiliyinin dərəcəsini təsvir etmək üçün  bərabərsizlik göstəriciləridən istifadə olunub.

Tədqiqat belə nəticəyə gəlib ki, bərabərsizlik göstəricisi yüksək olan ölkələrdəki qadınların  üç beyin bölgəsi  bərabərsizlik göstəricisi aşağı olan ölkələrin qadınlarından daha nazikdir.

Bərabərsizlik göstəricisi artdıqca beynin sözügedən hissələrinin incəlməsinin artdığını qeyd edən araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. (AA)

Mənbə: Sözcü
Tərcümə etdi: Samirə İsmayılova

Paylaş