Balıq növlərinin 60 faizi üçün dünya yaşamaq mümkün olmayacaq dərəcədə isti olacağı gözlənilir.
Tədqiqatçılar 694 şirin su və dəniz balıq növünün istiliyə dözümlülüyünü təhlil ediblər.
Bu araşdırma ilə balıqların iqlim dəyişikliyindən gözləniləndən daha çox təsirlənəcəyi aydınlaşıb.
Həyatlarının müxtəlif dövrlərini nəzərə alsaq, ən pis ssenaridə 2100-cü ilə qədər qlobal temperaturun 5°C artması ilə balıq növlərinin 60%-i yaşayış yerlərindəki temperaturun öhdəsindən gələ bilməyəcək.
Araşdırmalara görə, xüsusilə, balıq embrionları və yumurtadan çıxan yetkin balıqlar okeanların istiləşməsinə qarşı daha həssasdırlar.
Balıqlar istiləşmə səbəbindən daha soyuq yerlərə köçə bilsələr də, yeni inkubasiya sahələri kürü tökmək üçün çox uyğun deyil.
Bu səbəbdən iqlim dəyişikliyini minimuma endirmək üçün mümkün qədər çox səy göstərməliyik.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova