Bu gün:

Jouhatsu nədir?


Jouhatsu bütün dünyada sürətlə yayılan yeni bir hərəkatdır. Modernist həyat tərzinin yeni nəticəsi olaraq insanlar sosial və maliyyə səbəblərindən həyatdan uzaqlaşmaq, itmək, yox olmaq və ya buxarlanmaq istəyirlər.


İnkişaf etmiş Qərb ölkələrində, xüsusən də Yaponiyada gündən-günə genişlənən yeni bir tendensiyadır. Onun dilimizdəki qarşılığı “buxarlanma” və ya “buxarlanmış insanlar” ola bilər. Könüllü olaraq, arxada iz qoymadan yoxa çıxmaq deməkdir.

Fikirləşin, səhər yuxudan oyanırsınız və həyat yoldaşınızın, uşağınızın, atanızın, partnyorunuzun və ya dostunuzun sakitcə həyatınızdan getdiyini anlayırsınız. Polisə müraciətləriniz, şəxsi səyləriniz, hər şeyi tapa biləcəyinizi düşündüyünüz virtual dünya... Heç birindən nəticə ala bilməzsiniz. Ölüdür yoxsa diri? Onun başına nə gələ bilərdi? Heç bir fikriniz yoxdur… Ölümdən də pis deyilmi? Qeyri-müəyyənlik və bilməmək insan üçün ən böyük depressiya mənbəyidir... Buxarlananların səbəblərinə gələcəm, bəs qalanlar buna layiqdirmi? Bəlkə də bəziləri... Amma məncə, qalanlara verilə biləcək ən böyük cəza bu olardı.

İnkişaf etmiş Qərb ölkələrində tənhalıq və tək yaşamaq getdikcə adi hala çevrilir. Ölkəmizdə təsərrüfatların demək olar ki, üçdə biri tək yaşayan insanlardan ibarətdir. Xüsusilə böyük şəhərlərdə və ölkəmizin qərbində bu nisbət günü-gündən artır.

Jouhatsu müəyyən mənada tənhalığın seçimidir. Modernizm insanları getdikcə eqoist edir. Axı heç kim heç kimə dözə bilməz və öz həyatını yaşamaq istəyir. Buna azadlıq deyirlər.

Mənbə: aykutgul.medium.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et