Bu gün:

Niyə Electro World sakitcə keçib getdi?


Electro World bir zamanlar Türkiyənin hər yerindən texnologiya həvəskarlarının sevimli texnologiya mağazalarından biri idi. Türkiyədə ilk mağazasını 2007-ci ildə İngiltərənin elektronika pərakəndə satış nəhəngi Dixons və Esas Holding ilə birlikdə Bursada açan Electro World, zamanla məhsul müxtəlifliyi, geniş mağaza şəbəkəsi və cəlbedici kampaniyaları ilə şöhrət qazanmış və böyüməyi bacarmışdır. Texnologiya pərakəndə satışı Teknosa, Bimeks və Vatan Bilgisayar kimi güclü rəqibləri olan bir sektor idi. Rəqabətin olduqca sıx olduğu bu bazarda Electro World üçün işlər asan olmayacaqdır. O zaman onun rəqibləri, xüsusən də Bimeks həm aqressiv qiymət siyasətləri, həm də geniş məhsul çeşidləri ilə bazarda möhkəm yer qazanmış, Electro World-u bu nəhənglərlə rəqabət aparmaq üçün daim endirimlər etməyə məcbur etmişdi. Lakin qiymətlərin daim aşağı salınması davamlı strategiya deyildi və bu endirimlər brendin mənfəət marjasını daha da azaldıb, şirkətin maliyyə strukturunu zəiflədib.

Mənbə: Webtekno

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et