Alimlər insan beynində göz qırparkən belə görməmizi təmin edən bölgəni kəşf ediblər.
Gözlərimiz nəmli qalmaq üçün orta hesabla hər 5 saniyədən bir qırpır. İdarə edə bilmədiyimiz bu instinktiv davranış zamanı görmə qabiliyyətimizdə heç bir itki yoxdur, yəni gözümüzü qırpdığımızda əslində görməyə davam edirik. Elm adamları uzun müddətdir ki, beyindəki bu davranışın mənbəyini araşdırır və araşdırmalar, nəhayət, öz nəticəsini verir. Beynin medial prefrontal korteks adlanan bölgəsində aparılan araşdırmalar nəticəsində araşdırma aparan elm adamları bu bölgənin vizual yaddaş və görmə ilə əlaqəli olduğunu başa düşdülər. İki könüllü üzərində aparılan araşdırmaların nəticələrinə görə, medial prefrontal korteks vizual məlumatları qısa müddətə saxlaya bilər və sonra onları birləşdirərək qüsursuz bir görüntü meydana gətirə bilər.
Qısamüddətli yaddaşa əsaslanan qərarlarda medial prefrontal korteksin intensiv şəkildə istifadə edildiyinə dair məlumatlara əsaslanan bu izahat, həm də beyni anlamaq üçün yeni bir pəncərə təqdim edir, Dr. Caspar Schwiedrzikə görə beyin ətrafımızı dərk etməkdə ən vacib nöqtədir və əldə edilən məlumatlar bu mənada çox əhəmiyyətlidir. Tədqiqat qrupu tədqiqatın əhatə dairəsini genişləndirməyə və perseptual yaddaş haqqında yeni məlumatlar əldə etməyə ümid edir.
Mənbə: Webtekno
Tərcümə etdi: Uğur Hacıyev
