Astrologiya astronomik hadisələrlə yer həyatı, xüsusən də insan həyatı arasında əlaqəni təmin edən bir sənət və ya elmdir.
O, Günəş, Ay, planetlər və Yerdəki həyat arasındakı riyazi əsaslı qarşılıqlı əlaqəni araşdırır. O, şəxsi hadisələrlə yanaşı, tarixi, siyasi və iqtisadi hadisələrdən də bəhs edir. Astrologiyanın yaranması əslində bugünkü Yer Astrologiyasının əsasını təşkil edən səma hadisələrinin müşahidəsinə gedib çıxır. Onun kökləri və praktikaları qədim zamanlardan bu günə qədər demək olar ki, hər bir mədəniyyətə təsir göstərmiş və uzun tarixi boyunca müxtəlif xalqlar tərəfindən hər bir məqsəd üçün istifadə edilmişdir.
Gələcək haqqında nə isə bilmək istəyi insan təbiətinin impulsiv zərurətidir. Bu, bəlkə də insanların astrologiyaya marağının əsas səbəblərindən biridir. Astroloqların proqnoz vermək üçün istifadə etdiyi əsas vasitə planetlərin Günəş ətrafında müntəzəm orbitlərində, ayın isə Yer ətrafında öz orbitində fiziki hərəkətidir. Bu çıxış nöqtələri fərdin doğulduğu vaxt və yerdəki eyni planetlərin mövqelərinin xüsusi keçidləri ilə müqayisə edilir.
Astrologiya haqqında bilikləri genişləndirməyin ən yaxşı yolu ondan əməli şəkildə, ilk növbədə öz həyatımızda, sonra başqalarının həyatında istifadə etməkdir. Astrologiyanı şəxsi həyatımızda istifadə edə bilmək, xüsusilə həyata daha şüurlu yanaşmaq, şüur və perspektivimizi genişləndirmək baxımından çox inkişaf edəcək. Düzgün öyrənildikdə, astrologiya şəxsi potensialımızdan, həyatımızın ümumi gedişatından necə maksimum yararlanacağımızı və mümkün çətinliklərdən necə və nə dərəcədə qaça biləcəyimizi görməyə kömək edir. Bu, şəxsi yetkinliyə çatmaq üçün hansı yollardan keçməli olduğumuzu anlamağa kömək edir.
Astoroloji proqnozlar
Proqnozlaşdırma, şübhəsiz ki, çox vacib bir sahə və hətta astrologiyanın ürəyidir. Hamımız instinktiv olaraq həyatımızda baş verən hadisələrin gedişatı haqqında məlumat almaq istəyirik. Beləliklə, bu məsələlərdə bacardığımız qədər tədbirli olmağa və gələcək üçün düzgün qərarlar verməyə çalışırıq. Əslində, proqnozlar həyatımızın hər sahəsində mövcuddur.
Vaxtından əvvəl düşünən və gələcək tendensiyaların necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıran insanlar, şübhəsiz ki, həyatın hər sahəsində uğur qazanmışlar. Astrologiya bizim üçün hansı yolda olduğumuzu, qarşıda bizi nələrin gözlədiyini, uğur və uğursuzluq anlarını və ən əsası təşəbbüsü ələ almaq üçün ən uyğun vaxtları müəyyən etmək üçün bir bələdçidir.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
