
Ziziphus jujuba ağacında bitən Çin xurması və ya qırmızı xurma adlanan innab, yuxusuzluqdan öskürək və qəbizliyə qədər bir çox xəstəliyə yaxşı gələn Cənubi Asiyada bir bitkidir. Qurudulub desertlərdə istifadə oluna bilən, təzə və tək başına sağlam qəlyanaltı olaraq istifadə edilə bilən innab meyvəsi, aşağı kalorili, antioksidant və yüksək vitamin C xüsusiyyətləri ilə seçilir.
İnnab meyvəsi xüsusilə yüksək kalium və C vitamini tərkibi ilə diqqət çəkir. Bundan əlavə, hündür aşağı kalorili meyvə olduğu üçün də faydalıdır.
İnnab qəbizliyin qarşısını alır, insanı tox tutaraq arıqlamağı asanlaşdırır, zəngin lif tərkibi sayəsində kolorektal xərçəng riskini azaldır, xolesterin səviyyəsini tarazlamağı asanlaşdıraraq ürək xəstəliyi riskini azaldır, qan şəkəri səviyyəsini tənzimləyir və güclənməyə kömək edir.
Mənbə:memorial.com
Tərcümə etdi:Səmayə Qədirova
