
“Susuzluq qəbizlik, yorğunluq, erkən sancılar, başgicəllənmə və hətta vaxtından əvvəl doğuş kimi bir sıra problemlərə səbəb ola bilər. Gündə 10-12 stəkan su içməyi hədəfləyin. Təzə sıxılmış meyvə şirəsi yaxşı vitamin və mineral mənbəyidir, lakin əlavə edilən şəkərlərə diqqət yetirmək lazımdır.
Təzə sıxılmış meyvə şirələrinə üstünlük verin. Kök, xiyar və çuğundur kimi təzə tərəvəz şirələri lazımi vitamin və minerallarla yanaşı, maye qəbulunu da təmin edir.
Soda, qəhvə və çay kimi kofeinli və şəkərli içkilərdən çəkinin və ya məhdudlaşdırın. Xüsusilə idman edərkən və ya yolda olarkən hər zaman yanınızda su şüşəsi saxlayın.
Açıq rənglər də günəş işığını əks etdirməyə və sizi tünd rənglərdən daha soyuq saxlamağa kömək edir. Böyüyən qarnınızı uyğunlaşdırmaq üçün tənzimlənən qayışlı və ya kəmərli doğum paltarlarını seçin.
Hamiləlik dövründə rahat ayaqqabılardan istifadə etmək lazımdır hətta bütün fəsillərdə, xüsusilə istidən şişkinlik və narahatlığın daha çox müşahidə edildiyi yay aylarında vacibdir.
Mənbə:haber7.com
Tərcümə etdi:Səmayə Qədirova
