Bu gün:

Shareware-in bəzi nümunələri hansılardır?


Shareware-in bəzi nümunələri hansılardır?

Shareware proqram təminatını pulsuz yükləmək və həmkarları ilə bölüşmək mümkündür. İstifadəçi pulsuz sınaq müddəti bitdikdən sonra proqramı davam etdirmək istədikdə ödəniş tələb olunur.



 Shareware proqramları bir neçə kateqoriyaya bölünür və ümumiyyətlə fərdin müəyyən bir hesablama ehtiyacını ödəməsini asanlaşdırmağa diqqət yetirir.  WinRAR, faylları sıxışdıran və genişləndirən məşhur bir yardım proqramıdır. Proqramı yükləmək pulsuzdur və potensial müştərilərə proqramın interfeysi və funksionallığı ilə tanış olmaq şansı verir.  PaintShop Pro güclü təsvirin redaktəsi və ölçüsünün dəyişdirilməsi funksiyası təklif edir və WinRAR kimi, satın almadan əvvəl endirilə bilər. Digər populyar proqram təminatı kompüter istifadəçilərinə DVD filmlərindən zövq almağı asanlaşdıran alətlər təklif edən AnyDVD-dir.

Mənbə : 411answers.com 
Tərcümə etdi : Günay Ələskərova 

Paylaş
Şərh əlavə et