Bu gün:

Kosmosda yetişdirilən pomidor yoxa çıxdıqdan 8 ay sonra tapılıb


Sözügedən pomidor 2023-cü ilin martında 370 günlə ən uzun kosmosa uçuş rekorduna sahib olan amerikalı astronavt Frank Rubio tərəfindən yetişdirilib və kosmosda yetişdirilən ilk pomidor olub.

Qırmızı ardıc pomidoru gələcək uzunmüddətli missiyalar üçün kosmosda məhsul yetişdirmək üçün NASA təcrübəsinin bir hissəsi kimi yetişdirilib. Daha sonra Rubio bu qiymətli məhsulu tələbələrə göstərmək üçün çantadan pomidoru çıxardığını, lakin sonra qoyduğu yerdən itdiyini deyib.

Rubio itkin pomidoru tapmaq üçün 18-20 saat sərf etdiyini, lakin pomidorun quruyub formasını itirdiyi üçün onun təsadüfən atılmış ola biləcəyini düşündüyünü söyləyib.

Pomidorun tapılmasından bir neçə ay əvvəl bəziləri Rubionun onu yeməsindən şübhələnib. Rubio hər dəfə bu iddiaları rədd etdiyi üçün pomidor 8 ay sonra tapılıb.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et