Bu gün:

İstanbuldan qaçırılan məşhur Quadriga atları


Quadriga tamamilə qızılla örtülmüş bürünc tökmə şəklində Makedoniyalı İskəndərin məşhur heykəltəraşı "Lisippos" tərəfindən Sakız adasında hazırlanıb. Roma imperatoru II Feodosius tərəfindən Konstantinopola gətirilib və Hipodromun əsas giriş qapısının (bu gün Sultanahmet meydanında Alman fəvvarəsi yerləşir) üzərində ucaldılıb. Şayiələrə görə, bu dörd atlı həm də dörd Müqəddəs Kitab yazıçısını təmsil edir. Latın Orduları 4-cü Səlib yürüşündə Konstantinopolu işğal etdikdə ilk etdikləri iş şəhəri talan etmək və qırğın etmək olub.1204-cü ildə, bu qarət günlərində Quadriga venesiyalılar tərəfindən sökülüb və ölkələrinə aparılıb (Enriko Dandolonun əmri ilə).Bu gün onlar San Marko kilsəsinin içərisində sərgilənir. Kilsədən kənarda olanlar replikadır.

Mənbə: Antik tarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et