Bu gün:

Yupiter Günəş sistemindəki bütün planetləri məhv etsə nə baş verərdi?


Əgər təhlükəsizlik kəmərlərinizi bağlamısınızsa, gəlin qısa bir səyahət edək və Yupiterin Günəş sistemindəki bütün planetləri məhv etdiyi bir ssenaridə nə baş verəcəyini görək. Belə olduqda, bütün kainatın yox olacağını düşünürsünüz?

Günəş sisteminin ən böyük planeti olan Yupiter öz ətrafında ən qısa fırlanma dövrü olan planetdir. Üstəlik, günəş sisteminə təsiri bu xüsusiyyətlər qədər qeyri-adidir.

Gəlin  görək Yupiter planetlərə nə edə bilər?

Yupiter Saturndan üç dəfə ağırdır və əgər bu planet Saturnu məhv etsəydi, Yupiterin son dərəcə parlaq olduğunu görərdiniz. Bundan əlavə, belə bir vəziyyətdə peyklər toqquşacaq və nəticədə böyük miqdarda dağıntılar meydana gələcək, dağıntılardan bəzi peyk qalıqları Yupiterə yağacaq və dağıntıların bir hissəsi kosmosa gedəcəkdi. 

Yupiter Saturnla toqquşsa, Yupiterin səthinin temperaturu Günəşin xarici təbəqəsindən daha isti olacaq və Saturndan qalan hər şey Yupiterin atmosferi ilə qarışacaqdı. Bundan əlavə, Yupiter parçalanmış peyklərinə görə fərqli yeni halqalara sahib olacaqdı. 

Nəhəng planet Uran və Neptunu əhatə edərsə baş verənlər yenə də dəhşət doğuracaqdı. Uranın 27 fərqli peyki Yupiterin halqaları ilə toqquşaraq üzən dağıntılar əmələ gətirəcəkdi. Eyni zamanda Venera və Mars Yupiterin nüvəsinə belə çatmayacaqdı. Onlar Yupiterin atmosferində asteroidlər kimi yanacaqdılar. 

Bundan əlavə, Yupiter Günəş sistemindəki bütün planetləri məhv edəcək və Yerə də təsir edəcəkdi. Başqa sözlə, Yer və onun üzərindəki bütün canlılar faktiki olaraq yox olacaqdı.


Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et