Çoxumuz həyatımızda ən azı bir dəfə canlı toyuq görmüşük. Görməsək də, toyuq deyəndə ağlımıza həmişə bir şəkil gəlir. Uzun boyunlu, qanadlı və ikiayaqlı heyvanlar olan toyuqların qanadları olmasına baxmayaraq, demək olar ki, heç vaxt uçduğunu görmürük. Sizcə bunun səbəbi nədir? Quşlara aid edilən qanadlı toyuqların havada uçduğunu niyə heç vaxt görmürük?
Toyuqların bəzi quş növlərində olduğu kimi zəif uçmasının səbəbləri qanadlarının kiçik olması, bədənlərinin bu ağırlığa tab gətirə bilməməsi, sümüklərinin çəkisini azaltmaq üçün içi boş olmasıdır. Əslində, uçmağı asanlaşdırmaq üçün üçüncü vəziyyət mövcuddur. Ancaq bir neçə xüsusi hal istisna olmaqla, toyuqlar ümumiyyətlə uça bilməzlər. Bu xüsusi hallarda da toyuqların yaxşı uçan quşlar olmadığını görə bilərik. Toyuqlar ancaq mübarizə, təhlükəsizlik, qaçış və təhlükə zamanı havaya qalxa bilir. Bu hallarda havaya qalxsalar da uzun müddət havada qala bilmirlər. Toyuqlar üçün məlum olan ən uzun fasiləsiz uçuş məsafəsi 230 metrdir. Bu məlumatlara baxdığımızda, toyuqların əslində dəvəquşu və pinqvinlər kimi quş sinfində olan qanadlı, lakin uçmayan bir növ olduğunu anlayırıq.
Əslində insanlar quşların qanadlarını görəndə bunun uçmağın ən qısa yolu olduğunu düşünüb qanad taxıb havaya qalxmağa çalışıblar. Amma onlar da toyuqlar kimi uğursuzluğa düçar oldular. Bu baxımdan baxdığımız zaman qanadların əslində uçmaq üçün kifayət etmədiyini anlayırıq. Uçmaq üçün qanadlarla bərabər bədən və qanad ölçüləri arasında müəyyən nisbətin olması, həmçinin əzələ, tarazlıq və aerodinamika baxımından kafi və uyğun bədənə sahib olmaq lazımdır. Toyuqların uça bilməməsinin əsas səbəbləri bunlardır: Bədənləri qanadlarından daha böyük və ağırdır, əzələ quruluşları qanadlarını uzun müddət çırpmaq üçün uyğun deyil. Araşdırmalara görə, elm adamları toyuqların daha yaxşı uçduğunu iddia edirlər. İnsanların toyuqları daha qidalı ətli etmək üçün onları uça bilməyəcək hala gətirməsi və uçma qabiliyyətini azaltması bugünkü toyuqların vəziyyətini açıqlayır.
Nəticədə toyuqların uçma qabiliyyəti cinslərinə görə dəyişsə də, bu gün bir çox növ uça bilmir. Adətən kütləvi istehsal fabriklərində və fermalarda rast gəlinən toyuqlar bəzən uçmağa belə yer tapa bilmirlər. Bu vəziyyət onları uçmaq fikrindən və hərəkətindən uzaqlaşdırır. Kim bilir, bəlkə gələcəkdə onlar yenidən uçan növə çevriləcəklər və onların səmada uçduğunu görmək şansımız olacaq.
Mənbə: bilimup.com
Tərcümə etdi: Sevil Azər
