Bu gün:

60 saat xilas olmağı gözləyən qız - Omayra Sánchez


60 saat xilas olmağı gözləyən Kolumbiyalı qızın yavaş və ağrılı ölümlə nəticələnən hekayəsi... 

113 il sonra, noyabrın 13-də insanların "yatmış vulkan dağı" adlandırdıqları Nevado del Ruiz püskürdü. Partlayışın özü çox şiddətli deyildi, lakin bu kiçik partlayış dağın zirvəsində mövcud qar və buz qarışığının kiçik bir hissəsini qarışdırdı. Bunlar da öz növbəsində ətrafdakı başqa şeylərə dəyib itələyərək, getdikcə böyüyən və vulkandan aşağı enən nəhəng palçıq, qaya və su şlamı yaratdı.

Şlam təxminən bir saata Armeroya çatdı. Şəhərin evlərini, yollarını və körpülərini dağıtdı. Son anda qaçmağa və ya gizlənməyə çalışan insanları olduqları yerə həbs etdi.

Bu fəlakəti və insan hekayələrini çəkməyi planlaşdıran fotoqraf Frank Fournier, xilasetmə işlərinin ikinci günündə dağılmış şəhərə gəldi. O, ətrafdakı dəhşətli mənzərəni çəkərkən, bir kənd sakini ona köməyə ehtiyacı olan kiçik bir qızın olduğunu deyib.

Fournier qızın yanına gedib adını soruşdu. Qız adının Omayra Sánchez olduğunu söylədi. Fournier oradakı yardım təşkilatlarını və səlahiyyətliləri xəbərdar etdi. Qızı çıxarmağa çalışdılar, amma onu çıxarmaq mümkün olmadı. Deyəsən, nəsə onun ayaqlarını sıxır və anladılar ki, onları çıxarmaq mümkün deyil. Palçıqda cərrahi müdaxilə də mümkün olmayıb. Saatlar keçdi. Bu arada, yağan yağışla birlikdə şəhəri bürüyən şlamlar tədricən yüksəlirdi. Bu, Omayranın işini daha da çətinləşdirirdi.

Bütün dünya Omayranın dəhşətli həyat mübarizəsini eyni vaxtda televiziyadan izləyib, qəzetlərdən oxuyub. Dünyanın bir çox ölkələrində, o cümlədən ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar onun üçün dualar ediblər. O, sevgi və xoş arzularını göndərdi.

Omayranın şüuru bulanmağa başladı, sepsis səbəbindən gözləri qaralmağa başladı. O, məktəbə getməli olduğunu, əks halda dərsdə uğursuz olacağını söylədi. Kiçik qızın cəsədi indi bu mübarizəyə boyun əyməyə başlayır. Digər tərəfdən, suyun səviyyəsi indi onun nəfəs almasını çətinləşdirir, bədən istiliyi xeyli aşağı düşürdü.

Omayra son bir cəhdlə ətrafındakılara bu sözləri dedi:

-“Mən anamı çox sevirəm. Mən atamı və ailəmi çox sevirəm. Onlara deyin ki, mən onları çox sevirəm„

Sonra isə qara gözlərini birdəfəlik yumdu.

Mənbə: eksiseyler

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et