Niş memarlıqda strukturdakı girintilər üçün istifadə olunan termindir. Biologiyada canlının yaşaya biləcəyi unikal yaşayış mühitini müəyyən edir. Termin iş həyatındakı mənası digər mənaları ilə eynidir: İş həyatında “niş” sahibkarın qazanc əldə edə biləcəyi bazar boşluğu deməkdir.
Bazarda boşluğa girənlər əvvəlcə daha asan müştəri tapır, satışlarını daha tez artırır və bir müddət də olsa, yorucu rəqabətdən uzaqlaşırlar. Nişlər təkcə yeni biznesə başlayan gənc sahibkarlar üçün deyil, həm də irili-xırdalı bütün şirkətlər üçün vacibdir. Bazarda yeni yaranan boşluqları tapıb doldura bilməyən nəhəng şirkətlər qısa zamanda liderliyini itirə bilər. İnternet niş marketinq üçün yeni imkanlar təklif edir. Məsələn, 100 min əhalisi olan bir şəhərdə 10 min əhalisi olan bir rayonda düymə satışı ilə məşğul olan bir mağazanın iş həcmi məhdudlaşdırıla bilər. Ancaq evə çatdırılma satışları internet vasitəsilə həyata keçirildikdə, şəhərin hər yerindən müştərilər əldə etmək potensialı var. Niş tapmaq və ondan pul qazanmaq üçün aşağıdakı zehni fəaliyyətləri yerinə yetirmək lazımdır: Diqqət: Niş marketinqdə hədəflənmiş bazar boşluğuna, eləcə də bütün mənzərəyə diqqət yetirmək vacibdir. Diqqət, uğur üçün zəruri olan ixtisaslaşmanın ilk addımıdır. Fərqli düşünmək: Ənənəvi düşüncə tərzi və ənənəvi biznes başlanğıc üsulları ilə aparılan niş tədqiqatlarında bazar boşluqlarını tapmaq çətindir. Hadisələrə və insanlara başqa prizmadan baxıldıqda, bir-birinə zidd görünən yollar sınandıqda niş özünü büruzə verir.
Mədəniyyət və həyat tərzini tədqiq etmək: Bəzi gəlirli işlərin ipuçları uzaqda deyil, insanların yanında ola bilər. Ənənəvi mədəniyyət elementlərinin və gündəlik həyatın diqqətlə öyrənilməsi yeni biznes ideyaları üçün “körpələr evi” rolunu oynayır.
Trendləri izləmək: Yeni tendensiyaların gedişatını müşahidə etmək, araşdırmaq və təhlil etməklə proqnozlaşdırmaq mümkün ola bilər.
Problemlərin və ehtiyacların tədqiqi: Niş axtararkən başlanğıc nöqtəsi "məhsul" deyil, "ehtiyac" olmalıdır. Problem və ehtiyac geniş yayılarsa, bazara təklif olunacaq məhsul və ya xidmət üçün alıcı tapmaq daha asan olar.
Mənbə: ekonomim.com
Tərcümə etdi: Rəhimə Cəmilova
