Bu gün:

Kainatda məlum olan ən soyuq yer Yerdən 5000 işıq ili uzaqdadır


Centaurus bürcündə yerləşən Bumeranq Dumanlığı kainatın ən soyuq yeridir - indiyə qədər müşahidə edilən qədər. Mərkəzində ölməkdə olan qırmızı nəhəng ulduz olan Bumeranq Dumanlığı toz və ionlaşmış qayalardan ibarətdir.

Nisbətən gənc planetar dumanlıq olan Bumeranq Dumanlığının mərkəzində yerləşən ölməkdə olan ulduz güclü ultrabənövşəyi radiasiya yayaraq qazların parlamasına və rəngli işığın yaranmasına səbəb olur. Bunu edərkən əslində xarici təbəqələrini tökür.

Bumeranq dumanlığı nə qədər soyuqdur?

Kainatın ən soyuq yeri olan Bumeranq Dumanlığı -272 dərəcə Selsidir. Bu dəyər mütləq sıfırdan cəmi 1 dərəcə isti, -273 dərəcə Selsidir. Bu temperatur Antarktidada qeydə alınan rekord -93,2 dərəcə Selsi temperaturundan 3 dəfə yüksəkdir.

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et