Şahidi olduğumuz gözəlliklərdən biri olan Ay tutulması çox nadir hallarda baş verir. Ağıla tək bir sual gəlir: Ay niyə hər ay tutulmur? Səbəbini təxmin edə bilsəniz belə, yəqin ki, bu sual ən azı bir dəfə ağlınızdan keçib. Cavabı sizin üçün veririk.

Tutulma zamanı Günəş, Yer və Ay düzülür. Bu dəqiq düzülüşdə Yer Ay və Günəş arasında yerləşir. Yerin kölgəsi Aya düşdüyündən və Günəşdən gələn şüalar Aya çata bildiyindən, Ay daha tünd deyil, daha qırmızı görünür.
Ay Yer ətrafında dövrünü 1 aya tamamlayır. Bununla belə , Ay hər ay müntəzəm olaraq tutulmur. Səbəb Ayın orbital müstəvisi ilə Yerin orbital müstəvisinin tam olaraq üst-üstə düşməməsidir.
Yəni Ayın orbiti Yer ətrafında fırlanarkən Yerin orbital müstəvisinə orta hesabla 5° meyl edir. Bu əyilmə, tutulmaların nadir hallarda və müəyyən vaxtlarda baş verməsinə səbəb olan amildir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
