Bu gün:

Atmosferin ən isti təbəqəsi hansıdır?


Atmosferin ən isti təbəqəsi hansıdır?

Termosfer atmosferin ən isti təbəqəsidir. Yer səthindən 80 kilometrdən 600 kilometrə qədər uzanır və günəş enerjisinə çox həssas olduğu üçün 1500 dərəcəyə qədər qızdıra bilir. Hava nazik, eyni zamanda çox istidir və bu təbəqədə seyrək hava molekulları var.


 Günəşin enerjisi termosferi qızdırır. Bu təbəqə çoxlu günəş enerjisi alır ki, bu da onun temperaturunu artırır. Bununla belə, temperatur inanılmaz dərəcədə isti olsa belə, isti molekullar bir-birindən çox uzaqda olduğu üçün hava soyuq olur.

İonosfer adlanan bölgə termosferin içərisindədir. Bu bölgədə atmosferin seyrək atomları və molekulları günəş radiasiyası ilə ionlara və elektronlara parçalanır (yəni ionlaşır).

Mənbə: 411answers.com 
Tərcümə etdi: Günay Ələskərova 

Paylaş
Şərh əlavə et