Bu gün:

Ozon təbəqəsi niyə vacibdir?



Ozon təbəqəsi vacibdir, çünki o, günəşdən Yer səthinə keçərkən zərərli ultrabənövşəyi şüaları süzür. Bu ultrabənövşəyi şüalar həm bitki, həm də heyvan həyatına zərər verə bilər. Xloroflorokarbonların və digər texnogen kimyəvi maddələrin əlavə edilməsi nəticəsində ozon təbəqəsinin delinməsini müşahidə etdikdən sonra bu kimyəvi maddələrin atmosferdən çıxarılması cəhdi kimi 1989-cu il yanvarın 1-dən Monreal Protokolu qüvvəyə minmişdir.

Ozon stratosferdə, yerin səthindən təxminən 6 ilə 30 mil yüksəklikdə əhatə edən hava təbəqəsində tapılır. Ultrabənövşəyi şüalanma havanın bu təbəqəsinə dəydikdə ozonla qarşılıqlı əlaqədə olur və onu kimyəvi cəhətdən parçalayır. Hətta ozon filtri ilə bəzi ultrabənövşəyi radiasiya Yerə çatır. Bu radiasiya dəri xərçənginə və bitki böyüməsinin ləngiməsinə səbəb olur.

 1980-ci illərdə ozon təbəqəsinin pozulmasının səbəblərinin axtarışı soyuducu, izolyasiya köpükləri və həlledicilərdə istifadə olunan xlorfluorokarbonların tədqiqinə gətirib çıxardı. Atmosferə xlorfluorokarbonlar buraxıldıqda, küləklər onları ozonla qarşılıqlı əlaqədə olduğu yerdə yuxarıya doğru uçurur və ozon molekullarını məhv edir. Xloroflorokarbonlarla yanaşı, tərkibində metil bromid olan pestisidlər, yanğınsöndürənlərdə istifadə olunan halogenlər və sənaye həlledicilərində olan metilxloroformun ozonu məhv etdiyi məlumdur.

Mənbə : 411answers.com 
Tərcümə etdi : Günay Ələskərova 

Paylaş
Şərh əlavə et