16 aprel 2014-cü ildə Jeju adasına getmək üçün yola düşən Sewol gəmisinin Donggeochado adasının yaxınlığında batması ilə 304 nəfər həlak olub. Nə üçün gəmi batdı? Sonrasında hansı hadisələr oldu?
Jeju adasına getmək üçün yola çıxan Sewol gəmisi saat 08:58-də təhlükə siqnalı göndərməyə başlayıb. Təyyarədə, ümumilikdə, 476 sərnişin olub, onlardan 325-i Ceju adasına səyahət edən orta məktəb şagirdləri olub. Sahildən 30 km aralıda böyrü üstə uzanan gəmidə həyati təhlükə yaranıb. Sağ qalanların ifadələrinə görə, gəmi batarkən zabitlər “Oturduğunuz yerdən tərpənməyin” əmrini verirmiş. Sewol qəzasından sonra gəminin kapitanı və heyəti gəmini tərk etməkdə günahlandırılıb. Xilas olunmağı gözləyən sərnişinlərin mesaj göndərərək ailələri ilə vidalaşdıqları bildirilir. 304 nəfərin həyatını itirdiyi fəlakətdə 325 orta məktəb şagirdindən yalnız 75-i sağ-salamat xilas edilib.
İtkin düşən sərnişinlərin ailələri 7 ay Cindo liseyinin idman zalında uşaqlarını birlikdə gözləyiblər. Hər 25 dəqiqədən bir dəfn mərasiminin keçirildiyini deyən ana fəlakətin böyüklüyünü sübut edir.
Gəminin batmasının səbəbinin düzgün araşdırılmadığını düşünən ailələr Prezident binası qarşısında aclıq aksiyası keçiriblər. Lakin bütün cəhdlərinə baxmayaraq, o vaxtkı prezident Park Kın Hyedən cavab ala bilməyiblər. Ailələrin gərgin səyi nəticəsində gəminin qalıqları qəzadan 1073 gün sonra çıxarılıb.
Sewol qəzası
Hadisədən sonra müxtəlif iddialar səslənsə də, ən dəhşətlisi prezident Park Geun Hye-nin üzvü olduğu təriqət liderinin ölümünün ildönümü üçün sərnişinləri qurban verməsidir. Bu iddia heç vaxt təsdiqini tapmasa da, qəzadan sonra prezidentdən heç bir xəbərin olmaması, qəzanın baş verdiyi günün prezident təriqətinin liderinin vəfatının ildönümü olması və sənədlərə əsasən, daha sonra ortaya çıxan prezident dövlətin bütün sirlərini təriqət mənsubları ilə paylaşaraq, bu iddianı gücləndirir. Cənubi Koreya kimi inkişaf etmiş bir ölkədə ölkə rəhbərinin məzhəb naminə 304 nəfəri ölümə göndərdiyini düşünmək belə dəhşətlidir. Sevol faciəsindən sonra prezidentə inamı itirən Park Geun Hye korrupsiya və məxfi hökumət məlumatlarını paylaşdığı üçün 20 il həbs cəzasına məhkum edilib.
Gəmini tərk edən kapitan ömürlük, ekipaj isə 12 ildən 20 ilədək həbs cəzası alıb.
Sewol gəmisi niyə batdı?
Sewol gəmi qəzasının necə baş verdiyinə dair bir neçə fikir var. Əvvəla, gəminin gediş rotasından çıxdığı barədə məlumat olsa da, araşdırmalar nəticəsində gəminin öz istiqamətindən kənara çıxmadığı müəyyən edilib. O da bildirilib ki, qəzadan əvvəl gəmi böyük bucaq altında kəskin dönüş edib və bu dönüşdən sonra gəmi batmağa başlayıb. Lakin bu qəzanın səbəbi dəqiqləşdirilməyib.
Mənbə: kampustenevar
Tərcümə etdi: Aytac Musayeva