Bu, oynaqlara, birləşdirici toxumalara, sümüklərə və ya əzələlərə təsir edən, ağrıya, şişməyə, deformasiyaya və hərəkətin məhdudlaşdırılmasına səbəb olan sağlamlıq problemləri üçün istifadə edilən bir termindir. Əslində, revmatizm ənənəvi mənada oynaq, birləşdirici toxuma və əzələlərdən başqa bir çox orqan və sistemə təsir edə biləcək xəstəlikləri daşıyır. Buna görə də onun əhatə dairəsi (təxminən 200 xəstəlik daxil olmaqla) olduqca genişdir. Osteoartrit kimi bəzi revmatik xəstəliklər oynağın aşınması səbəbindən baş verir. Romatoid artrit kimi bəzi revmatik xəstəliklər, immunitet sistemindəki pozğunluq səbəbindən oynaqların və digər orqanların zədələnməsinə səbəb ola bilər.
Daxili xəstəliklər və revmatologiya şöbələri revmatizmi daha asan diaqnoz qoyub müalicə edə bilir. Hər bir xəstəliyin diaqnostikasında revmatik xəstəliklərdə xəstədən alınan anamnez adlanan xəstəlik məlumatları xüsusi əhəmiyyət kəsb edir. Şəxsin və onun ailəsinin, yəni birinci dərəcəli, bəzən isə ikinci dərəcəli qohumlarının xəstəlik tarixçəsi məlumatları alınır. Ətraflı müayinə ilə yanaşı bəzi qan, sidik testləri və görüntüləmə testlərindən istifadə edilir. Əksər xəstəliklər çoxlu orqan və sistemləri əhatə etdiyi üçün müxtəlif xəstəliklərlə qarışdırıla bilər. Erkən mərhələlərdə diaqnoz çətin ola bilər.
Mənbə: acibadem.com.tr
Tərcümə etdi: Aydan İbrahimli